Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda prokurorluq işçilərinin hüquqi bilikləri artırılması ilə bağlı tədbir keçirilib

Bakıda prokurorluq işçilərinin hüquqi bilikləri artırılması ilə bağlı tədbir keçirilib

Tarix: 15 Oktyabr 2019 17:56

Bakı. Trend:

14-15 oktyabr tarixlərində Bakıda Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi və Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planına uyğun olaraq Aİ-nin texniki yardım və informasiya mübadiləsi aləti olan TAİEX proqramından istifadə təcrübəsinin prokurorluq əməkdaşlarına öyrədilməsi ilə bağlı tədbir keçirilib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, tədbirin məqsədi Baş Prokurorluğun müvafiq idarələrinin, eləcə də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Bakı şəhər və Naxçıvan Muxtar Respublikası prokurorluqlarının əməkdaşlarının hüquqi statistika sahəsindəki biliklərinin artırılması və Avropa təcrübəsinin öyrənilməsi olub.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilən tədbirdə Avropa Statistika Bürosunun (Avrostat) hüquqi-statistika üzrə ekspertləri xanım Adriana Tetevenska və xanım Maria Giuseppina Muratore, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsinin və Dövlət Statistika Komitəsinin nümayəndələri iştirak edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda prokurorluq işçilərinin hüquqi bilikləri artırılması ilə bağlı tədbir keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ