Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pike Messini təbrik etmədi

Pike Messini təbrik etmədi

Tarix: 15 Fevral 2023 11:52

"Xeyr, Messini təbrik etmədim".

Milli.Az apasport.az saytına istinadən xəbər verir ki, bunu İspaniya millisinin və "Barselona"nın sabiq futbolçusu Jerar Pike deyib.

Kataloniyalı futbolçu Lionel Messini son dünya çempionatının qalibi olması münasibətilə təbrik etmədiyini bildirib: "Bu, dəlilikdir. Axı mən karyeramı bitirdim və dünya çempionatından ayrıldım. Heç bir matça baxmadım, yalnız finala baxdım, amma ona da sona qədər yox. Televizoru söndürməyə çalışdım, bir neçə günlük tətilə getdim.

Karyeramın son bir neçə ayı çətin keçdi və həqiqətən də futbolu tərk etməli oldum".

Milli.Az


Etiketlər:  Pike Messini təbrik etmədi


RƏYLƏR