Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2023 20:52
"Qarışqa adam və eşşək arısı: Qvantomania" blokbasteri son 15 ildə bütün "Marvel" filmləri arasında "Metacritic" portalında ən aşağı tənqidçi balı toplayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, tənqidçilərin 40 rəyinin nəticələrinə əsasən, baş rolda Pol Ruddun oynadığı blokbaster 100 baldan cəmi 50 xal toplayıb.
"Qarışqa adam"dan öncəki pillələrdə "Əbədilər" (52 xal), "Tor 2: Qaranlıq dünya" (54 xal) filmləri gəlir.
Həmçinin, "Dəmir adam 2" (57 xal) və "Tor: Sevgi və İldırım" (57 xal) filmləri də siyahının aşağı hissəsində qərarlaşıb.