Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Naxtel 4G” baza stansiyalarının sayını 130-a çatdırıb

“Naxtel 4G” baza stansiyalarının sayını 130-a çatdırıb

Tarix: 16 Fevral 2023 22:56

"Naxtel" mobil operatoru Babək şəhəri ərazisində yeni baza stansiyasını istifadəyə verib.

98 baza stansiyası ilə fəaliyyətə başlayan "Naxtel" hazırda stansiyalarının sayını 130-a çatdırıb. Nəticədə "Naxtel"in əhatə dairəsi bu gün muxtar respublikanın yaşayış məntəqələrinin 99 faizini əhatə edir.

Babək şəhərinin Qoşadizə məhəlləsində qurulan yeni baza stansiyası 4.5G texnologiyası ilə təhciz olunaraq istifadəyə verilib.            

Mobil operator digər bölgələrimiz kimi, Babək rayonu ərazisində də xidmətin keyfiyyəti, sürətli internet, sərfəli danışıq dəqiqələri və daim yenilənən kampaniya və tarifləri ilə abunəçi rəğbəti qazanıb.

"Naxtel" mobil şəbəkəsində bütün baza stansiyaları texniki cəhətdən 7 gün, 24 saat tam olaraq nəzarətdə saxlanılır. Baş verən hər hansı bir çətinlik müvafiq şöbə tərəfindən qısa zamanda aşkarlanaraq yerində həllini tapır. "Naxtel" MMC muxtar respublika ərazisində yeni baza stansiyalarının qurulmasını bundan sonra da davam etdirəcək.

Milli.Az


Etiketlər:  Naxtel 4G baza stansiyalarının sayını 130 a çatdırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ