Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vardanyan Xankəndidən BU YOLLA ÇIXIB: Göstərişi verən isə... - ŞOK FAKT

Vardanyan Xankəndidən BU YOLLA ÇIXIB: Göstərişi verən isə... - ŞOK FAKT

Tarix: 16 Fevral 2023 23:00

Azərbaycanlı fəalların Laçın-Xənkəndi yolunda aksiyası davam edir. Ancaq rus sülhməramlıları separatçılara və orada yaşamayan, məqsədli şəkildə həmin əraziyə gəlmək istəyənlərə hər cür şərait yaradır. Separatçı Araik Arutunyanı, Ruben Vardanyanı da rus sülhməramlılarının komandanı general Andrey Volkovun göstərişi ilə aparıb-gətiriblər. Bu faktı danmaq olmaz. Yaxın günlərdə bunun təsdiqini görəcəyik.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, separatçı Vardanyan Xankəndiyə heç də alternativ yollarla gedib-gəlməyib:

"Rahat şəkildə rus sülhməramlılarının avtomobilində o tərəf-bu tərəfə heçib. Bir müddət öncə deyilirdi ki, guya Vardanyan oradan hansısa maşında çirkli çamaşırlar arasında gizlənərək qaçıb. Amma bu da həqiqətdir ki, onun Moskvanın tapşırığını icra etmədən geri qayıtması da mümkün deyildi".

Hərbi ekspert əlavə edib ki, fevralın 20-dən Avropa İttifaqının missiyası tərkibində, Almaniya və Fransa jandarması Azərbaycan-Ermənistan sərhədinə gələcək:

"Ona görə də Azərbaycan açıq şəkildə icra edilməyən üçtərəfli razılaşmanın (artıq 3-cü ildir) müddəaları ilə bağlı tələb qoymalıdır. İndi Rusiya tərəfindən bəzi ekspertlər açıqlayır ki, Ermənistan sülhə məcbur edilməlidir. Əslində bunu edən tərəf elə Rusiyanın özü olmalıdır. Çünki razılaşmada Rusiya tərəfinin imzası var və bununla da o öz üzərinə müəyən öhdəliklər götürüb".

Milli.Az


Etiketlər:  Vardanyan Xankəndidən BU YOLLA ÇIXIB Göstərişi verən isə ŞOK FAKT


RƏYLƏR