Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyanın peşəkar ordusunu məhv etmişik - General

Rusiyanın peşəkar ordusunu məhv etmişik - General

Tarix: 17 Fevral 2023 08:16

Rusiya ötən ilin 24 fevralındakı səviyyədə Ukraynaya hücumu təkrarlaya bilməyəcək. Moskvanın belə bir addım atmağa resursu yoxdur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, ordu generalı Nikolay Malomuj deyib.

Onun sözlərinə görə, Kremlə eyni vaxtda bir neçə istiqamətdə - şimaldan, şərqdən və cənubdan hücuma keçmək üçün 350-500 min təlim keçmiş döyüşçü toplaması lazımdır.

O, rusların Donetsk vilayətində - Baxmut və ya Avdeyevka yaxınlığındakı cəbhədə kütləvi hücum taktikasından istifadə etdiyini bildirib:

"Vaqner" Priqojinin tapşırıqları yerinə yetirmədi. Onları nizami bölmələr, paraşütçülər əvəz etdi, lakin Şoyqu və Gerasimov da öhdəsindən gələ bilmədilər. İndi onlar səfərbər edilmiş insanları 2-3 həftəlik təlimdən sonra cəbhə xəttinə göndərməlidirlər. Bu günə qədər biz Rusiyanın peşəkar ordusunun 70-80%-ni məhv etmişik".

Milli.Az


Etiketlər:  Rusiyanın peşəkar ordusunu məhv etmişik General


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ