Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın yazdakı hücumu nəticə verməsə, hakimiyyət daxilində gərginlik artacaq - Britaniya kəşfiyyatı

Rusiyanın yazdakı hücumu nəticə verməsə, hakimiyyət daxilində gərginlik artacaq - Britaniya kəşfiyyatı

Tarix: 20 Fevral 2023 11:20

Baxmut və Uqledarda itkilər yüksəkdir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin yaydığı məlumatda bildirilir.

Kəşfiyyat Xidmətinin məlumatına görə Rusiya Ukraynanın şərqində əsasən üç istiqamətdə - Uqledar, Kremennaya və Baxmuta hücumlarını davam etdirir.

"Xüsusilə Baxmut və Uqledarda itkilərin yüksək olaraq qalır. Konkret olaraq, "elit" 155-ci və 40-cı Dəniz Piyada Briqadaları Uqledarda böyük itkilər veriblər və çox güman ki, döyüşlərdə irəliləyiş əldə edə bilmirlər. İşğalın ildönümü yaxınlaşdıqca Rusiya qüvvələrinə siyasi təzyiq artır. Çox güman ki, Rusiya döyüş meydanındakı reallıqdan asılı olmayaraq, Baxmutun ələ keçiriləcəyini iddia edəcək. Əgər Rusiyanın yazdakı hücumu heç bir nəticə verməsə, o zaman Rusiya rəhbərliyi daxilində də gərginlik artacaq", Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti bildirib.


Etiketlər:  Rusiyanın yazdakı hücumu nəticə verməsə hakimiyyət daxilində gərginlik artacaq Britaniya kəşfiyyatı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ