Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə oxuyan azərbaycanlı tələbələrə güzəştlərin edilməsi gündəmdə - VİDEO

Türkiyədə oxuyan azərbaycanlı tələbələrə güzəştlərin edilməsi gündəmdə - VİDEO

Tarix: 21 Fevral 2023 14:38

Türkiyədə zəlzələ bölgəsindən başqa ərazilərdə də bir çox universitetlərdə dərslər ya dayandırılıb, ya da distant formaya keçirilib. Bu səbəbdən qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələr ölkəmizə gəlməyə başlayıblar. Ancaq aviabiletlərin baha olması tələbələrin qayğısını artırıb.

Yıldız Texnik Universitetində oxuyan Ülvi Rüstəmxanlı deyir ki, hadisə fors-major olduğu üçün erkən rezervasiyalardan yararlana bilməyiblər. Buna görə də onların bir çoxu ölkəmizə qayıtmaqda çətinlik çəkirlər.

İzmir Katip Çələbi Universitetinin tələbəsi Məhbubə Quliyeva da mövcud qiymətlərin büdcələrinə uyğun olmadığını bildirir.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, millət vəkili Ceyhun Məmmədovun fikrincə, dünya təcrübəsində olduğu kimi həm ölkə daxilində, həm də xaricdə təhsil alan tələbələrin nəqliyyat xərclərində güzəştlər tətbiq edilməlidir.

Millət vəkili məsələ ilə bağlı parlamentdə də müzakirələrin aparıldığını deyib.

Təhsil eksperti Kamran Əsədov isə bildirir ki, 185 minlik tələbə yataqxanaları zəlzələdən əziyyət çəkən vətəndaşlara veriləcəyi üçün qardaş ölkədə oxuyan tələbələrin yerləşməsində problemlər artacaq.

Elm və Təhsil Nazirliyindən sorğmuza cavab olaraq bildirildi ki, məsələ Xarici İşlər Nazirliyinin səlahiyyətindədir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən isə bu barədə hələlik məlumatın olmadığı deyildi.

Qeyd edək ki, hazırda Türkiyədə 26 min 700 nəfər azərbaycanlı tələbə təhsil alır.

Sonxeber.net "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:


Etiketlər:  Türkiyədə oxuyan azərbaycanlı tələbələrə güzəştlərin edilməsi gündəmdə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ