Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zəlzələdə həyatınızı xilas edəcək - Azərbaycanda satılmır, necə əldə edə bilərik? - VİDEO

Zəlzələdə həyatınızı xilas edəcək - Azərbaycanda satılmır, necə əldə edə bilərik? - VİDEO

Tarix: 23 Fevral 2023 02:46

Türkiyədə baş verən və "əsrin fəlakəti" adlandırılan zəlzələrdən sonra qardaş ölkədə zəlzələ çantaları məsələsi aktuallaşıb. Çantanın içərisində şəxsiyyəti təsdiq edən vacib sənədlərin surətləri, su, tez xarab olmayan quru qidalar, cib bıçağı, qayçı, fənər, fit, burğac, ağrıkəsicilər, ishal əleyhinə dərmanlar, laksatiflər və antasid dərman qrupları, qələm və kağız, geyim (alt paltarı, corab və s.) mobil telefon şarj cihazı və ya ehtiyat batareyası, sabun, dezinfeksiyaedici və nəm salfetlər, tualet kağızı, sanitariya dəsti, diş fırçası və məcunu var. Maraqlıdır ki, zəzlələdən sonra Türkiyədə bu çantaların qiyməti kəskin bahalaşıb.

Türkiyədə dəhşətli zəlzələdən sonra unudulan çantalar yada düşdü. Bəs biz nəyi gözləyirik? Gözləyirik ki, Azərbaycanda da zəlzələ olsun, ondan sonra bu haqda danışaq? Ümumiyyətlə belə çantalar Azərbaycanda satışda var? Ev şəraitində bu çantanı özümüz necə hazırlaya bilərik?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı publika.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, hazırda ölkəmizdə bu cür çantalar satışda yoxdur. Lakin hər kəs lazım olan əşyaları alaraq, çantanı özü hazırlaya bilər:

"Təbii fəlakətlər, fövqəladə hadisələr zamanı mütləq şəkildə ilkin təhlükəsizlik qaydaları barədə hər kəsin məlumatı olmalıdır. Heç kim təbii fəlakətlərdən sığortalanmayıb. Ona görə də həm psixoloji, həm də praktiki olaraq hər şeyə hazır olmalıyıq. Təhlükəsizlik çantası çıxış qapısına yaxın və əlçatan bir yerdə olmalıdır".

Ekspert evdə zəlzələ çantalarının hazırlaması yollarını qeyd edib:

"İnsanlar belə çantaların hazır formalarını başqa ölkədən sifariş edə, həmçinin özləri də düzəldə bilərlər. Hazır olanlar üstü yanmayan materialdan olur. Yəni elə bir çanta olmasa belə, adi tibbi çanta və yaxud da ki, üzəri möhkəm materialdan olan çantadan da istifadə etmək olar".

Bəs zəlzələ çantasının içərisinə nələr daxil edilməlidir?

E.Nurəliyev bu suala belə cavab verib: "Çantanın içinə vacib olan əşyaları yerləşdirmək lazımdır. Gec xarab olan və kalorisi yüksək olan quru qidalar, fənər, ilk tibbi yardım üçün dərman vasitələri, enerji deposu (poverbank), gigiyena vasitələri və xüsusən də fit çantaya yerləşdirilməlidir.

Hər kəs evdə özü üçün təhlükəsiz yer müəyyənləşdirməlidir. Evin ən təhlükəsiz yeri isə beton kolonlardan ibarət olan qapı arakəsmələridir".

Milli.Az


Etiketlər:  Zəlzələdə həyatınızı xilas edəcək Azərbaycanda satılmır necə əldə edə bilərik VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ