Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2023 23:58
İsveçin NATO-ya daxil olması ilə bağlı dalana dirənmiş danışıqlarda irəliləyiş əldə olunub. İyul ayına qədər ölkə alyansa üzv ola bilər.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, martın ortalarında İsveç və Finlandiya nümayəndə heyətləri ilə danışıqların yeni raundu ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla razılıq əldə olunub. Tərəflər NATO-ya daxil olmaq planları ilə bağlı ölkələr arasında yaranmış çətinlikləri müzakirə etməlidirlər:
"Mən irəliləyiş görürəm. Məqsədim Finlandiya və İsveçi NATO sammitində tamhüquqlu üzv etməkdir".