Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayramov və Çavuşoğlu arasında telefon danışığı olub

Bayramov və Çavuşoğlu arasında telefon danışığı olub

Tarix: 24 Fevral 2023 22:48

23 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən Sonxeber.net-a bildirilib ki, telefon danışığı zamanı Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər, habelə yaxın zamanlarda keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə hazırlıq məsələləri müzakirə edilib.

Nazirlər həmçinin bölgədə mövcud vəziyyət, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıblar.


Etiketlər:  Bayramov Çavuşoğlu arasında telefon danışığı olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ