Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Çelsi” 15 yaşlı yarımmüdafiəçi alır

“Çelsi” 15 yaşlı yarımmüdafiəçi alır

Tarix: 25 Fevral 2023 07:56

"İndependiente"nin yarımmüdafiəçisi Kendri Paez tezliklə "Çelsi" ilə müqavilə imzalaya bilər. 

Milli.Az Lent.az-a istinadən bildirir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkələrdə məlumat verib.

Qeyd olunur ki, 15 yaşlı yarımmüdafiəçinin xidmətində "Mançester Siti", "Mançester Yunayted" və "Liverpul" da daxil olmaqla, Premyer Liqanın bir sıra klubları maraqlıdır.

Mənbənin sözlərinə görə, 2007-ci il təvəllüdlü futbolçu daha əvvəl London klubunun düşərgəsinə keçidə razılaşıb və 18 yaşı tamam olanda komandaya qoşula bilər.

Əlavə edək ki, bu mövsüm Paez "İndependiente"nin gənclər komandasında çıxış edir. Futbolçu həm də Ekvadorun U17 komandasının üzvüdür, onun üçün beş oyun keçirib və üç qol vurub.

Milli.Az


Etiketlər:  Çelsi yaşlı yarımmüdafiəçi alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ