Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə zəlzələ bölgəsində tikilən evlər necə olacaq? - FOTO

Türkiyədə zəlzələ bölgəsində tikilən evlər necə olacaq? - FOTO

Tarix: 25 Fevral 2023 09:40

Kahramanmaraşda baş verən zəlzələlərin dağıntılara səbəb olduğu vilayətlərdə yeni yaşayış evlərinin tikiləcəyi ərazilər müəyyən edilib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu çərçivədə təyin olunmuş yerlərdə 199 min 739 yaşayış binası və 73 min 972 kənd evi tikiləcək. Bəs yeni evlər necə olacaq?

Yaşayış binaları 3-4 mərtəbədən yuxarı olmayacaq və şəhərin tələbatına uyğun olaraq inşa ediləcək.

Qırılma xətlərinə məsafəsi 500-600 metrdən çox olmayacaq. Həmin məsafədə təhlükəsiz və möhkəm torpaq qatının olduğu ərazilərdə tikinti aparılacaq.

Binaların altında heç bir mağaza olmayacaq.

Kənd evləri də yerli arxitekturaya və tələbatlara uyğun şəkildə tikiləcək.


Etiketlər:  Türkiyədə zəlzələ bölgəsində tikilən evlər necə olacaq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ