Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bred Pitt və sevgilisinin Parisdə romantik şam yeməyi - VİDEO

Bred Pitt və sevgilisinin Parisdə romantik şam yeməyi - VİDEO

Tarix: 28 Fevral 2023 00:45

Hollivud ulduzu Bred Pitt sevgilisi İnes de Ramonla nahar edərkən görüntülənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor özəl görüş üçün dünyasını sevgi şəhəri hesab edilən Parisə yollanıb. "Paris Match" jurnalının Twitter-də paylaşdığı videoda Bred və sevgilisinin Yelisey çöllərindəki bir restoranda oturub dostları ilə xoş anlar keçirdikləri əks olunub.

Jurnalistlər daha sonra cütlüyü şam yeməyində lentə alıblar. Sözügedən yemək "Sezar" film mükafatının təşkilatçıları tərəfindən təşkil edilib. Mərasimində Bred 1990-cı illərdə "Yeddi" və "Döyüş klubu" filmlərində işlədiyi rejissor Devid Finçerə fəxri mükafat verib.

"People" jurnalının mənbələri cütlüyün Avropaya ayrı-ayrılıqda qayıtdığını bildirib. Hazırda Nyu-Yorkda Corc Kluni ilə birlikdə yeni filmi üçün çəkilişlər aparan aktyor cümə axşamı təyyarə ilə gəlib. Lakin zərgərlik dizayneri bir gün sonra qayıdıb.

Milli.Az


Etiketlər:  Bred Pitt sevgilisinin Parisdə romantik şam yeməyi VİDEO


RƏYLƏR