Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2023 10:16
"Bələdiyyə ilə torpaq satırdım. Dələduzluqdan türməyə düşdüm".
Sonxeber.net xəbər verir ki, bu sözləri qızı və 3 nəvəsi ilə İkinci Zabrat qəsəbəsi, Aşıq Ələsgər küçəsindəki daxmada yaşayan Məhbubə Musayeva Baku TV-də yayımlanan "Arzunun vaxtı" verilişində deyib.
O qeyd edib ki, sazını qızı əməliyyat olan zaman satıb:
"Öz qanım balama düşmədi deyə, o pulla qan aldım", - deyə M.Musayeva qeyd edib.
Verilişin sonunda aşıq Məhbubə, ona yardıma gələn aşıq Zülfiyyə ilə ifa edərək duet oxuyub.