Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2023 19:26
Türkiyədə baş verən Kahramanmaraş mərkəzli dəhşətli zəlzələ bütün dünyanı sarsıdıb. On minlərlə insan həlak olub, evsiz qalıb, xeyli sayda uşaqlar valideynlərini itirib. Belə bir vəziyyətdə hər kəs həmin ərazinin əhalisinə əlindən gəldiyi qədər təsəlli olmağa çalışır.
Sonxeber.net big.az-a istinadən bildirir ki, zəlzələ bölgəsindəki Abdülhamid Han məscidinin keçmiş imamının addımı sosial şəbəkələrdə heyranlıqla qarşılanıb.
Belə ki, Ömer Faruk Hoca kimi tanınan axund zəlzələ bölgəsindəki uşaqlar üçün səsucaldıcı ilə "Ali Babanın çiftliği" mahnısını oxuyub.
İzləyicilər uşaqları sevindirmək üçün atılan bu addımı təqdir edərək təşəkkür bildiriblər. Bir çoxları Faruk Hocanın qəlbinin gözəlliyinə heyran olduqlarını və kövrəldiklərini etiraf ediblər.