Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Torbalar pullu oldu: satış azaldı?

Torbalar pullu oldu: satış azaldı?

Tarix: 28 Fevral 2023 20:10

Azərbaycanda polietilen torbaların pulsuz verilməsinə 15 fevraldan son qoyulub. Artıq mağazalarda kiçik ölçülü torbalar 3 qəpiyə, böyük ölçülülər isə 5 qəpiyə satılır. Qərarda əsas hədəf təbiətə ciddi ziyan vuran polietilen torbalardan istifadənin azalmasıdır.

Artıq qərardan yarım ay keçib. Bu müddətdə torbalardan istifadədə azalma müşahidə edilibmi?

Bu barədə axar.az-a açıqlama verən "Araz" supermarketlər şəbəkəsinin PR meneceri Arzu Əliyeva bildirib ki, 15 fevral tarixindən öncə polietilen paketlər ödənişsiz olduğundan satış məhsulu kimi kassadan keçmirdi:

"Bu səbəbdən də 15 fevraldan öncə gündəlik nə qədər paket istifadə olunduğuna dair monitorinq aparılmayıb. Öncəki statistik məlumatlar olmadığından ötən dövrlə cari tarixi müqayisə edə bilmirik".

Ayrı-ayrı mağazaların satıcıları isə polietilen torbalardan istifadənin yarıya qədər azaldığını bildirdilər. Bu azalma xüsusilə şəhər kənarlarında müşahidə edilir.

Şəhər mərkəzində isə polietilen torbalardan istifadədə əhəmiyyətli azalma hələlik yoxdur.

Milli.Az


Etiketlər:  Torbalar pullu oldu satış azaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ