Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DƏHŞƏT: müəllim məscidin zirzəmisində 11 uşağa...

DƏHŞƏT: müəllim məscidin zirzəmisində 11 uşağa...

Tarix: 1 Mart 2023 08:28

Rusiyanın Ufa şəhərində dini fanat olan mədrəsə müəllimi oğlan uşaqlarını yerli məscidlərdən birinin zirzəmisində günlərlə saxlayıb və döyüb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə məsciddən qaçan uşaq polisə xəbər verdikdən sonra məlum olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə yollanıblar.

Məlum olub ki, Tacikistan əsilli kişi uşaqları zorla zirzəmidə çox pis şəraitdə (hətta çarpayı olmayıb) saxlayıb və təlim keçib. Uşaqlardan bəziləri işgəncə gördüklərini polislərə təsdiqləsələr də, digərləri təkzib ediblər, ancaq bədənlərində qançır izləri uşaqların qorxduğu ehtimalını verməyə əsas olub.

Məscidin rəhbərliyi və Başqırdıstan Müsəlmanlarının Ruhani İdarəsi mədrəsə müəllimi ilə əlaqələrini inkar ediblər. Rusiya İstintaq Komitəsinin regional baş idarəsi bildirib ki, həmin şəxsə qarşı cinayət işi başlanıb. Müstəntiqlərin fikrincə, kişi 2023-cü ilin əvvəlindən uşaqlara işgəncə verirmiş. Təqsirləndirilən şəxs saxlanılıb, o, istintaq müddətini təcridxanada keçirəcək.

Uşaqlar uşaq evlərinə yerləşdiriliblər.


Etiketlər:  DƏHŞƏT müəllim məscidin zirzəmisində uşağa


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ