Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2023 13:14
Rusiya Cənubi Qafqazdan çəkilməyə məcbur ola bilər. Əlbəttə, Moskva burada qalmaq istəyir. Amma Kremlin getməsi mümkündürmü? Niyə də yox? Baxın, Ukraynada nə baş verir. Biz çox sürətlə nüvə eskalasiyası ehtimalı olan böyük dünya müharibəsinə doğru irəliləyirik.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib.
O bildirib ki, Rusiya Qafqazdan daha çox Ukrayna ilə məşğul olacaq:
"Bölgəmizdə amerikalılar və ingilislər Rusiyanı Türkiyəyə qarşı müharibəyə çəkmək və bununla da Ankaranın qapılarını Moskvanın üzünə bağlamaq məqsədilə qarşıdurma yaratmaq niyyətindədirlər. Rusiya buna getməyəcək. Vəziyyət bu şəkildə inkişaf edərsə, o zaman Kremlin bölgəmizi tərk edəcəyini və bundan sonra müdafiəsiz qalacağımızı düşünürəm. Ukraynada baş verənlər indi Rusiya üçün daha vacibdir".