Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2023 17:32
Serbiya hakimiyyəti nəhayət Qərbin tərəfini tutmağa və Rusiyadan üz döndərməyə yaxındır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Politiko" nəşri yazıb.
"İndiyədək Belqrad hakimiyyəti iki əks vektor arasında dayanmağı bacarıb. Bu səbəbdən Vuçiç və hökuməti daim sərt tənqidlərə və ictimai olmayan təzyiqlərə məruz qalır. Son Münhen Təhlükəsizlik Konfransında danışan Vuçiç Serbiyanın diplomatik baxımdan çətin yer arasında qaldığını söylədi. O, həm də deyib ki, son qərarın verilməsinin vacibliyini başa düşür: "Serbiya AB yolunda qalacaq. Şübhəsiz ki, biz gələcəkdə bəzi çətin seçimlər etməli olacağıq". Serbiya lideri hər iki tərəfdən güclü təzyiq hiss edir. AB rəsmiləri vurğulayırlar ki, üzvlüklə bağlı hər hansı irəliləyiş Belqradın xarici siyasətindəki dəyişiklikdən asılıdır. Digər tərəfdən, Rusiya Kosova məsələsində Serbiyanı dəstəkləyən ənənəvi müttəfiqdir və Ukraynanın işğalından sonra keçirilən rəy sorğuları da Qərbə meyil vəd etmir", - nəşr qeyd edib.