Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2023 09:42
"Qolos" partiyasından olan xalq deputatı Yaroslav Jeleznyak və "Xalqın xidmətçisi" partiyasının nümayəndəsi Olqa Koval evləniblər.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə yeni evlənən ər "Facebook" səhifəsində məlumat verib.
Xalq deputatı qeyd edib ki, Radada təkcə dostlara və rəqiblərə deyil, həm də əsl sevgiyə rast gəlmək olar.
"Baharın ilk günündə bu bığlı dayı dedi ki, indi Ukraynada bir ailə artıb. Azad və sarsılmaz ölkədə müdafiəçilərimizə təşəkkürlər", - deputat fotoya belə şərh yazıb.
İki xalq deputatının nikah mərasiminə ədliyyə naziri Denis Malyuska şahidlik edib.