Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Virgin Atlantic” aviaşirkətinin təyyarəsi Bakıda təcili eniş edib

“Virgin Atlantic” aviaşirkətinin təyyarəsi Bakıda təcili eniş edib

Tarix: 3 Mart 2023 08:32

"Virgin Atlantic" aviaşirkətinin London-İslamabad reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Sonxeber.net-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

Buna səbəb təyyarədə olan sərnişinin səhhətinin qəflətən pisləşməsi olub.

"Boeing 787-9" təyyarəsi yerli vaxtı ilə saat 07:37-də Bakı hava limanında uğurla eniş edib.

Qeyd edək ki, son 12 saat ərzində bu, Bakı hava limanına təcili eniş edən ikinci təyyarədir. Martın 2-də axşam saatlarında Banqkok-Amsterdam marşrutu üzrə hərəkət edən "Boeing 787" təyyarəsinin göyərtəsində sərnişinlərdən birinin səhhətinin pisləşməsi səbəbindən "EVA Air" aviaşirkəti həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.


Etiketlər:  Virgin Atlantic aviaşirkətinin təyyarəsi Bakıda təcili eniş edib


RƏYLƏR