Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2023 17:46
"Zoom" videozəng xidmətinin prezidenti Qreq Tomb heç bir izahat verilmədən işdən çıxarılıb.
Bu, şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) göndərdiyi sənəddən məlum olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bildirişdə deyilir ki, "Zoom"un Direktorlar Şurası bu qərarı fevralın 28-də verib. Qərar martın 3-dən qüvvəyə minib.
Vurğulanıb ki, Tomb əmək müqaviləsinin "səbəbsiz işdən çıxarılma" bəndinə uyğun olaraq ona çatacaq təzminatı alacaq.
Şirkət başqa təfərrüatları təqdim etməyib.
Qeyd edək ki, Qreq Tomb "Google"da keçmiş top-menecer, həmçinin proqram təminatı istehsalçısı SAP-ın keçmiş prezidentidir. O, 2022-ci ilin iyununda "Zoom"un prezidenti seçilib.