Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kilian Mbappe PSJ tarixinin ən yaxşı bombardiri olub

Kilian Mbappe PSJ tarixinin ən yaxşı bombardiri olub

Tarix: 5 Mart 2023 15:56

Fransalı hücumçu Kilian Mbappe ölkəsinin PSJ komandasının tarixinin ən yaxşı bombardiri olub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu üçün "Nant"a vurduğu qol klubdakı 247-ci matçında 201-ci olub.

Beləliklə, Mbappe komandanın heyətində 200 qolu olan əvvəlki bombardiri Edinson Kavanini keçib.

Ümumilikdə Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 30 qol vurub və 8 məhsuldar ötürmə edib. Qətərdə keçirilən dünya çempionatında hücumçu səkkiz qol vuraraq argentinalı Lionel Messini (yeddi qol) keçərək turnirin bombardiri olub.

Milli.Az


Etiketlər:  Kilian Mbappe PSJ tarixinin ən yaxşı bombardiri olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ