Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2023 08:04
Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan indiyədək 21 min 793 mülki şəxs zərər çəkib ki, onlardan da 8 min 173-ü həlak olub.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu məlumatı BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı açıqlayıb.
Bildirilib ki, 8 000-dən çox ölümlə yanaşı, BMT Rusiyanın təcavüzü nəticəsində 13 min 620 nəfərin də yaralandığını qeydə alıb.
Ali Komissarlıq vurğulayıb ki, gərgin döyüşlərin davam etdiyi bəzi yerlərdən məlumat axını ləngidiyindən ölənlərin gerçək sayını hələ tam dəqiqləşdirmək mümkün olmayıb.