Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtomobil plyonkalarına tələbat artıb - Qiymətlər - VİDEO

Avtomobil plyonkalarına tələbat artıb - Qiymətlər - VİDEO

Tarix: 7 Mart 2023 18:16

Avtomobil plyonkalarına tələbat xeyli artıb, qiymətlər isə ddemək olar ki, dəyişməyib.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, hazırda bazarda 10 manatdan 300 manatadək şüşə örtükləri satılır.

Qiyməti isə qalınlığına və keyfiyyətinə görə dəyişir. Həmçinin plyonkaların avtomobillərə çəkilməsi də ödənişə daxildir.

Satıcıların sözlərinə görə, qiymətlər olduğu kimi qalıb, yəni bahalaşma yoxdur. Ən çox tələbat isə orta qiymətə olan plyonkalaradır.

Sürücülər də ucuz plyonkaları almadıqlarını deyirlər. Onlar düşünürlər ki, belə üzlüklər tez sıradan çıxır. Ona görə də aşağı qiymətə dəfələrlə plyonka çəkdirməkdənsə, normal məbləğə keyfiyyətlisini almaq daha sərfəlidir.

Avtomobil sahibləri həmçinin plyonka qiymətlərinin olduqca yüksək olduğu qənaətindədirlər.

Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:


Etiketlər:  Avtomobil plyonkalarına tələbat artıb Qiymətlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ