Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2023 21:28
Rusiya və Türkiyə gələn həftə Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində dördtərəfli görüş keçirmək istəyir. Lakin indiyədək Suriya və İrandan heç bir cavab gəlməyib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.
"Hələlik hamıdan təsdiq almamışıq. Amma hamını dəvət etmişik. Artıq türk həmkarlarımızla razılığa gəlmişik, lakin suriyalılar və iranlılardan cavab gözləyirik", - deyə o qeyd edib.