Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: Azərbaycanın Avropaya qaz ixracını artırması indiki geosiyasi vəziyyət baxımından çox zəruridir

İlham Əliyev: Azərbaycanın Avropaya qaz ixracını artırması indiki geosiyasi vəziyyət baxımından çox zəruridir

Tarix: 9 Mart 2023 12:03

Azərbaycan Avropaya təbii qaz ixracını artırır. Bütövlükdə bu həcm xeyli artacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Azərbaycanın 2019-cu ildə 19 milyard kubmetr qaz ixrac etdiyini xatırladan dövlətimizin başçısı bildirib ki, bu il həmin rəqəm 24 milyard kubmetrdən artıq olacaq. Onun ən azı yarısı Avropaya istiqamətləndiriləcək. Bu, birmənalı olaraq Avropa istehlakçılarına imkan verəcək ki, onların təbii qaza çıxışı olsun. Bu, xüsusən indiki geosiyasi vəziyyət baxımından çox zəruridir.

Milli.Az


Etiketlər:  İlham Əliyev Azərbaycanın Avropaya qaz ixracını artırması indiki geosiyasi vəziyyət baxımından çox zəruridir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ