Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2023 10:02
Türkiyənin Kayseri şəhərində 4,8 bal gücündə zəlzələ baş verib.
Sonxeber.net "TRT Haber"ə istinadən xəbər verir ki, zəlzələ şəhərin Hacılar adlı ərazisində qeydə alınıb.
Yeraltı təkanlar nəticəsində xəsarət alanların olmadığı bildirilir. Zəlzələ anı kameralara da əks olunub.
Xatırladaq ki, martın 7-si Kayseridə ard-arda 3 zəlzələ baş verib.