Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həvəskar rəssamların təsviri sənət sərgisi açıldı

Həvəskar rəssamların təsviri sənət sərgisi açıldı

Tarix: 11 Mart 2023 19:24

Həvəskar rəssamlar və rəssamlığı ikinci peşə sayanların yaradıcılıqlarını stimullaşdırmaq məqsədilə üçün nəzərdə tutulmuş "Hisslər və Rəsmlər..." adlı təsviri sənət sərgisi 9 mart 2023 il tarixində saat 16:00 Xətai Sənət Mərkəzində açıldı.

Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini xanım Gülşən Qəribli açaraq qonaqları salamladı. Azərbaycan Rəssamlar İttifaqının katibi, professor Ağaəli İbrahimov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehriban İsrafilova,həmçinin, tədbir iştirakçıları öz ürək sözlərini bölüşdülər. Bundan əlavə, sərgidə iştirak edən ən yaşlı müəllif, seçim heyyətinin seçdiyi ən yaxşı əsərin müəllifi, ən yaxşı tələbə əsərinin müəllifi, tamaşaçıların seçdiyi ən yaxşı əsərin müəllifi hədiyyə ilə təltif olundu. Tədbir sərgi iştirakçılarına sertfikatların təqdim olunması ilə davam etdi.

Nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən sərgiyə ölkəmizin müxtəlif guşələrindən həvəskar rəssam və rəssamlığı ikinci peşə sayan müxtəlif peşə sahibləri asudə vaxtlarında ərsiyə gətirdikləri 150-dən çox müxtəlif təsviri sənət nümunələri sərgiləndi.

Qeyd edək ki, ilk olaraq əsərlər onlinə qaydada qəbul olunmuş və seçilmiş əsərlər sərgilənmək üçün dəvət olunmuşlar.

Əsəri sərgilənən müəlliflər və sərgilənən əsərləri https://www.yumpu.com/.../hisslr-v-rsmlr-hvskar-rssamlarn... linkində izləmək olar.

Sərgi 10-11 mart 2023-cü il tarixində sənət həvəskarlarının üzünə açıq olacaq.

Milli.Az


Etiketlər:  Həvəskar rəssamların təsviri sənət sərgisi açıldı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ