Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təbrizdə güclü partlayış olub, ölənlər və yaralananlar var

Təbrizdə güclü partlayış olub, ölənlər və yaralananlar var

Tarix: 12 Mart 2023 10:02

Martın 12-də gecə 3 radələrində İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində yaşayış binasında güclü partlayış olub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisədə 5 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bildirilib ki, partlayış 100 evə təsir edib. Şərqi Azərbaycanın Fövqəladə Hallar İdarəsinin rəhbəri Məhəmməd Xanbərar olayda 3 yaşayış evinin tamamilə dağıldığını açıqlayıb.

Milli.Az


Etiketlər:  Təbrizdə güclü partlayış olub ölənlər yaralananlar var


RƏYLƏR