Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəbirdə uşaq doğan qadın - FOTO

Qəbirdə uşaq doğan qadın - FOTO

Tarix: 12 Mart 2023 17:34

2010-cu ildə İtaliyanın Bolonya şəhərində 8-ci əsrə aid qadın qəbri aşkar edilir. 

Sonxeber.net lent.az-a istinadən bildirir ki, skeletin sümüklərinin fərqli duruşu və yanında döl qalığı tədqiqatçıların marağına səbəb olur. 

Bu yaxınlarda əldə edilmiş laborator nəticələr isə maraqlı faktın üstünü açır. Alimlərin qənaətinə görə, orta yaşlı qadın trepanasiya əməliyyatı keçirdikdən 1 həftə sonra ölüb. Həmin dövrdə təzyiqin müalicəsi üçün yeganə vasitə trepanasiya (kəllənin çərtilməsi) idi.

Qadın ölərkən hamiləliyinin 38-ci həftəsində olub və doğuş qadının dəfnindən sonra baş verib. 

Tədqiqatçıların fikrincə, meyitin daxilində yaranan qazların təzyiqi o qədər böyük olur ki, dölü çölə atır. Tibbdə bu post-mortem, və ya qəbirdə doğuş adlanır. 


Etiketlər:  Qəbirdə uşaq doğan qadın FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ