Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

20 yaşlı qız hoteldə ölü tapıldı

20 yaşlı qız hoteldə ölü tapıldı

Tarix: 13 Mart 2023 09:52

Tovuzda hoteldə 20 yaşlı qız ölüb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinə rayonun ərazisində olan hotellərin birində qadının ölməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gedib:

"İlkin araşdırmalar nəticəsində ölən şəxsin 2003-cü il təvəllüdlü xanım olduğu müəyyən olunub. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Faktla bağlı araşdırmalar davam etdirilir".

Digər mənbədən isə bildirilib ki, xanım hamamda çimərkən ölüb. İlkin ehtimallara görə, o, dəm qazından boğulub. 

Milli.Az


Etiketlər:  yaşlı qız hoteldə ölü tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ