Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaxarovadan serb nazirə: ABŞ-a çağırış edin, bizə deyil!

Zaxarovadan serb nazirə: ABŞ-a çağırış edin, bizə deyil!

Tarix: 14 Mart 2023 08:28

Serbiya iqtisadiyyat naziri Rade Basta Rusiyaya sanksiyalar təklif etmək əvəzinə ABŞ-ın təzyiqlərinə qarşı çıxmalıdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Necə də qəribə mövqedir: Amerika Serbiyaya təzyiq edir, serbiyalı nazir isə Rusiyaya qarşı çıxmağa çağırır. Bəlkə, serbiyalı nazirin öz ölkəsinə təzyiqlərə qarşı qətiyyətlə çıxış etməsi yaxşı olardı? Rusiya ABŞ-dan fərqli olaraq, həmişə Serbiya və onun xalqına hörmət bəsləyib. Məsələ sadəcə tarixi həqiqətdə deyil, həm də aydın faktdadır: Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı Birləşmiş Ştatların Serbiyaya təzyiqləri bitməyəcək, daha da artacaq", - deyə XİN sözçüsü bildirib.

Qeyd edək ki, Serbiyanın iqtisadiyyat naziri Rade Başta ölkəsinin antirusiya sanksiyalarına qoşulmaqdan imtina etdiyinə görə ağır bədəl ödədiyini, buna görə də AB-nin Kremlə qarşı sanksiyalarını dəstəklədiyini bildirib.

Milli.Az


Etiketlər:  Zaxarovadan serb nazirə ABŞ a çağırış edin bizə deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ