Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2019 20:20
Bakı. İlhamə İsabalayeva - Trend:
“Nəsimi ili” ilə əlaqədar Azərbaydan Respublikası Dövlət Miqrasiya Xidməti, "Miqrasiya Könüllüsü” İctimai Birliyi və Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Miqrasiya Könüllülərinin “2 cahan” adlı intellektual bilik yarışına start verilir.
Trend-in məlumatına görə, gənclər arasında Xəmsə formatında həyata keçiriləcək oyunun ərsəyə gəlməsində məqsəd gəncləri intellektual hərəkata cəlb edərək onların potensiallarının qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan yaratmaq, bilik səviyyələrini daha da inkişaf etdirmək, asudə vaxtlarının səmərəli təşkil olunmasını təmin etməkdir.
“2 Cahan” adlanan oyunda komandalara müxtəlif mövzularda suallar təqdim olunacaq. İlk 3 yeri tutacaq qalib və mükafatçılar sertifikat, o cümlədən hədiyyələrlə təltif olunacaqlar.
Yarışlara 26 oktyabr 2019-cu il, saat 10:30-da Bakı Gənclər Mərkəzində start veriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin