Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid ailə üzvlərinin banklara olan 126,4 min manat borcu silinib

Şəhid ailə üzvlərinin banklara olan 126,4 min manat borcu silinib

Tarix: 17 Mart 2023 11:18

Ötən il "YAŞAT" Fondu tərəfindən istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 905, itkin ailə üzvlərinin 3 və yaralıların 1,3 min müraciəti olmaqla ümumilikdə 2,2 min müraciət təmin edilib.

Milli.Az xəbər verir ki, bu, "Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat"da əksini tapıb.

Sənəddə qeyd olunub ki, müraciətlərin təmin edilməsi üçün Fondun büdcəsindən 688 min manat vəsait aidiyyəti üzrə sərf edilib.

Habelə, Fondun təşəbbüsü ilə şəhid ailə üzvlərinin 126,4 min manat həcmində borc öhdəliyi bank və qeyri-bank təşkilatları tərəfindən ödənilib.

Milli.Az


Etiketlər:  Şəhid ailə üzvlərinin banklara olan 1264 manat borcu silinib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ