Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qocalmanın qarşısını alan 3 növ içki

Qocalmanın qarşısını alan 3 növ içki

Tarix: 18 Mart 2023 23:03

"Foobs" jurnalının araşdırmasına görə, roybuş( rooibos), karkade(hibiscus) və mat (mate) çayları yaşlanmanın qarşısını ala bilər.

Sonxeber.net "Medicina"ya istinadən xəbər verir ki, araşdırmalara görə, bu çaylar oksidləşdirici stressi azaltmaqla qocalmanı yavaşlatmağa kömək edir. Alimlərin fikrincə, orqanizmin qocalması və yaşa bağlı xəstəliklərin inkişafı hüceyrələrə zərər verən sərbəst radikalların təsiri nəticəsində yaranan aktiv mütərəqqi oksidləşdirici stressdir.

Yaşlanma təbii və qaçılmaz bir prosesdir. Lakin bəzi insanlarda sərbəst radikalların hüceyrələrə böyük ziyan vurması səbəbindən bədən daha tez qocalır.

Bunun da səbəbi oksidləşmədir ki, bu da hüceyrə bərpasına mane olur. Buna siqaret çəkəmək,artıq çəki və qeyri sağlam pəhrizlər kimi mənfi həyat tərzi yaşlanma prosesinin sürətini artıra bilər.

Foods jurnalı bildirir ki, son bir neçə ildə oksidləşdirici stressin azaldılması orqanizmin yaşa bağlı deqradasiyasının qarşısını almağa, onun qocalmasını ləngidə bildiyinə dair araşdırma sübutları əldə edilmişdir. Yuxarıda adı çəkiolən 3 çay oxşar yumuşaltma təsir edir.

Rooibos çayı vətəni Cənubi Afrika yarpaqlarından hazırlanır və qırmızı çay kimi də tanınır.

Karkade (hibiskus) çiçəklərindən hazırlanmış çaydır.

Mate çayı ən çox cənubi Afrikada istehlak olunur.

Bu çayları qəbul etdikdə digər effeklər də verir. Ürək sağlamlığını dəstəkləyir, xolesterolun səviyyəsi azalır, immunitet balansını təmin edir, qan qlükoza nəzarətini yaxşılaşdırır, sümüklər güclənir, koqnitiv funksiyanı dəstəkləyir, iltihabın şiddəti azalır.


Etiketlər:  Qocalmanın qarşısını alan növ içki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ