Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan boksçuları Dünya kubokunda 6 medal qazanıblar

Azərbaycan boksçuları Dünya kubokunda 6 medal qazanıblar

Tarix: 20 Mart 2023 10:28

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kubokuna yekun vurulub.

Federasiyadan Milli.Az-a verilən məlumata görə, Azərbaycan millisi 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı yarışı 1 gümüş və 5 bürünc medalla başa vurub.

Turnirin finalında Ömər Aslanlı (54 kq) meksikalı Andrey Bonilya ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından təmsilçimiz yarışı ikinci pillədə başa vurub.

Beləliklə, yığmamızın Budvada qazandığı medalların sayı 6-ya çatıb. Aslanlıdan öncə Məhəmmədəli Aşurəliyev (57 kq), Ziya Həsənov (71 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) bürünc mükafata sahib olublar.

Milli.Az


Etiketlər:  Azərbaycan boksçuları Dünya kubokunda 6 medal qazanıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ