Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2023 22:26
Özbəkistanda 7,8 maqnitudada zəlzələ olub.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki,bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.
Zəlzələ Qazaxıstanın cənubundakı şəhərlərdə hiss olunub.
Yeraltı təkanların gücü Termezdə 6, Daşkənddə 5 maqnitudada olub.
Zəlzələnin episentri Daşkənddən 561 km cənub-şərqdə, Əfqanıstanla sərhəddə, 220 km dərinlikdə yerləşib.
Hələlik dağıntılar, ölən və yaralananlar barədə məlumat yoxdur.