Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda kişini girov götürüb pulunu aldılar

Azərbaycanda kişini girov götürüb pulunu aldılar

Tarix: 22 Mart 2023 11:32

Xaçmazda adam oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Xaçmaz rayon sakini E.Kərimov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ötən il oktyabr ayında həmyerlisi A.Əlislamovun oğurluq məqsədi ilə həyətinə girməsini, onun əllərini bağlayıb fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə 5000 manat pul tələb etməsini və 3500 manat aldıqdan sonra sərbəst buraxmasını bildirib.

Polis əməkşdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən A.Əlislamov saxlanılıb.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Azərbaycanda kişini girov götürüb pulunu aldılar


RƏYLƏR