Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib - FOTO - YENİLƏNİB

İsrail Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib - FOTO - YENİLƏNİB

Tarix: 26 Mart 2023 20:30

20:28

İsrail Prezidenti İsaak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az xəbər verir ki, İsaak Hersoq bu barədə Twitter-də paylaşım edib.

O bildirib ki, Azərbaycanın İsraildəki ilk səfiri Muxtar Məmmədovun etimadnaməsini təqdim etməsinə görə Prezident İlham Əliyevi təbrik edir:

"Bu təyinat diplomatik münasibətlərin 30 illiyini qeyd etdiyimiz bir mərhələdə çox mühüm hadisədir".

---------

19:13

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov etimadnaməsini İsrail Prezidenti İsaak Hersoqa təqdim edib.

Milli.Az xəbər verir ki, səfir bu barədə Twitter-də paylaşım edib.

O yazıb ki, Azərbaycan Respublikasının İsraildə 1-ci səfiri kimi İsrail Dövlətinin Prezidentinə Etimadnaməmi təqdim etməkdən şərəf və qürur duyur.

Milli.Az


Etiketlər:  İsrail Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib FOTO YENİLƏNİB


RƏYLƏR