Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tramp Ukraynada müharibəni 24 saat ərzində bitirəcəyini vəd edib

Tramp Ukraynada müharibəni 24 saat ərzində bitirəcəyini vəd edib

Tarix: 26 Mart 2023 20:12

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evə qayıtdıqdan sonra 24 saat ərzində Ukraynadakı müharibəni bitirəcəyini bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yeni prezidentlik yarışında iştirak etməyi planlaşdıran Tramp bunu Texasda keçirdiyi ilk kampaniya mitinqində deyib.

Trampın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Co Bayden ABŞ prezidenti vəzifəsinə gələndən az sonra Ukrayna sərhədlərinə qoşun yığmağa başlayıb.

Tramp həmçinin Ağ Evin indiki administrasiyasını prezident Putinlə danışıqlara belə cəhd etməməkdə ittiham edib.

Eyni zamanda Tramp əmindir ki, hazırkı hakimiyyət onu "Ukraynada müharibəni bitirəcəyinə söz verdikdən" sonra fəal şəkildə təqib etməyə başlayıb. Siyasətçi prezidentliyə qayıdan kimi müharibəni dayandıra biləcəyinə əminliyini ifadə edib.

"Çox tez bir həllə nail olacağam... 24 saat ərzində razılaşma əldə edəcəm. Bu gün qarşınızda dayanaraq belə bir söz verə biləcək yeganə namizəd mənəm", Tramp deyib.

Milli.Az


Etiketlər:  Tramp Ukraynada müharibəni 24 saat ərzində bitirəcəyini vəd edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ