Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İcra başçısının müavini: Abşeronlular 650 min ağacın əkilməsi təşəbbüsünə həvəslə hazırlaşırlar

İcra başçısının müavini: Abşeronlular 650 min ağacın əkilməsi təşəbbüsünə həvəslə hazırlaşırlar

Tarix: 18 Oktyabr 2019 15:52

Bakı. İlhamə İsabalayeva - Trend:

Abşeronlular Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə böyük həvəslə hazırlaşırlar.

Bunu Trend-ə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quluyev deyib.

Onun sözlərinə görə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə noyabr ayında respublikamızın bütün bölgələrində bir gündə 650 min ağac əkiləcək. Həmin gün Abşeron rayonunda 20 min ağac əkilməsi nəzərdə tutulur.

İ.Quluyev bildirib ki, hazırda ağacların əkilməsi üçün nəzərdə tutulan ərazilərdə çalaların qazılması, su xətlərinin çəkilməsi və digər zəruri hazırlıq işləri görülür.

Aksiya zamanı yerli şəraitə uyğun ağaclar əkiləcək:

"Ağacların yol kənarı ilə yanaşı, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində Xırdalan şəhəri ərazisində çoxmənzilli binaların ətrafında da əkilməsi nəzərdə tutulur. Abşeronlular bu vacib və nəcib təşəbbüsün əhəmiyyətini yüksək dəyərləndirir və bu genişmiqyaslı tədbirə böyük həvəslə hazırlaşırlar".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İcra başçısının müavini Abşeronlular ağacın əkilməsi təşəbbüsünə həvəslə hazırlaşırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ