Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden gələn kimi Putin qoşun yığdı - Tramp

Bayden gələn kimi Putin qoşun yığdı - Tramp

Tarix: 27 Mart 2023 13:04

Ağ Evə qayıtdıqdan sonra 24 saat ərzində Ukraynadakı müharibəni bitirəcəyəm. Bu gün qarşınızda dayanaraq belə bir söz verə biləcək yeganə namizəd mənəm. Yaxınlaşan III Dünya müharibəsinə imkan verməyəcəm.

Milli.Az axar.az-a istinadən xəbər verir ki,bu sözləri prezident seçkisində iştirak etməyi planlaşdıran sabiq prezident Donald Tramp Texasda keçirdiyi ilk kampaniya mitinqində deyib.

Trampın sözlərinə görə, Putin Bayden ABŞ prezidenti vəzifəsinə gələndən qısa müddət sonra Ukrayna sərhədlərinə qoşun yığmağa başlayıb.

Tramp Ağ Evin indiki administrasiyasını Putinlə danışıqlara belə cəhd etməməkdə ittiham edib. O deyib ki, hazırkı hakimiyyət onu Ukraynada müharibəni bitirəcəyinə söz verdikdən sonra fəal şəkildə təqib etməyə başlayıb.

Milli.Az


Etiketlər:  Bayden gələn kimi Putin qoşun yığdı Tramp


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ