Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mask beyin çiplərini insanlar üzərində sınamaq istəyir

Mask beyin çiplərini insanlar üzərində sınamaq istəyir

Tarix: 28 Mart 2023 15:40

İlon Maskın əsasını qoyduğu "Neuralink" şirkəti beyinə implantasiya edilmiş çiplərin insanlar üzərində sınaqdan keçirilməsi üçün ABŞ-nin ən böyük neyrocərrahiyyə mərkəzlərindən biri ilə danışıqlara başlayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, söhbət Arizonadakı "Barrow" Nevroloji İnstitutundan gedir. "Neuralink" universitetdə insan və kompüter arasında neyron interfeysi yaratmaq üçün çipləri öyrənəcək və sınaqdan keçirəcək tədqiqat qrupunun formalaşmasına nail olmaq istəyir. Bununla da, şirkət ABŞ-nin Qida və Dərman Administrasiyasını (FDA) çiplərin təhlükəsizliyinə inandırmağa çalışır.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində FDA "təhlükəsizliklə bağlı ciddi narahatlıqlar" səbəbiylə Maskın şirkətinə çipləri insanlar üzərində sınaqdan keçirməyi qadağan edib.


Etiketlər:  Mask beyin çiplərini insanlar üzərində sınamaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ