Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2019 18:57
Bakı. Samir Əli - Trend:
2020-ci ildə dövlət büdcəsindən "Bakı Metropoliteni" QSC-yə 40 milyon manat subsidiya ayrılacağı gözlənilir.
Trend bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən məlumat verir.
Sənəddə, həmçinin, qeyd edilir ki, hesabat dövründə "Azərbaycan Hava Yolları" QSC-yə 10 milyon manat (Naxçıvan MR-ə həyata keçirilən aviareyslərə görə yaranmış zərərin ödənilməsi üçün), "Azərkosmos" ASC-yə 28 milyon manat vəsait ayrılması nəzərdə turtulub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin