Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2023 19:00
Əməkdar artist Sevda Əliqızı əl işi qabiliyyətini əyani olaraq nümayiş etdirib.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, "Xəzər axşamı" verilişinin çəkiliş qrupu sənətçinin evinə yollanıb.
İş başında olan Əliqızı kamera önündə Novruz bayramının atributlarından sayılan şəkərbura, paxlava, badambura və şor qoğalı hazırlayıb.
Pandemiya dövründə bir çox müğənnilər qazanclarının olmamasından şikayətlənsələr də ifaçı şirniyyat bişirib, onların satışı ilə məşğul olub.
Sevda pandemiyadan bu günə kimi çoxlu sifarişlər qəbul etdiyini açıqlayıb:
"Hazırda bu şəkərburaları sifariş üçün bişirirəm. Bayram vaxtı da sifarişlərim çox olub, indi də sifarişlər davam edir. Dəzgahlarım da var. Hazırladığım kündəni bu dəzgahın içinə qoyuram, üstündə basıram. Bundan sonra o kündəni yaymağa ehtiyac qalmır. İşimi bu dəzgah rahatlaşdırır. Bu işləri pandemiya vaxtından başlamışam. İndi də davam edirəm, dayanmıram.
Misal üçün, bu günə şəkərbura və badambura sifarişlərim var. Onların xəmirləri fərqlidir. Ona görə hamısının bir yerdə etmək olmur. Həmçinin bu gün paxlava da bişirməliyəm. Həm də şor qoğalı da hazırlamalıyam. Yəqin ki, bu gecə yatmayacağam, səhərə kimi işləyəcəyəm.
Bu işi mən tək pula görə deyil, eyni zamanda bu işə sevgim olduğuna görə edirəm. Qazancım belə olmasa da bu işlə məşğul oluram. Elə bir vaxt olmur ki, evimdə şirniyyat olmasın. Yaxın qohumum evinə gedəndə deyir ki, heç nə alma, tort və ya paxlava bişir, gətir".