Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hamilə Rihanna övladı ilə küçədə belə görüntüləndi - FOTO

Hamilə Rihanna övladı ilə küçədə belə görüntüləndi - FOTO

Tarix: 2 Aprel 2023 05:56

Dünya pop səhnəsinin ulduzu Rihanna kiçik oğlu ilə Los-Ancelesdə axşam gəzintisi zamanı paparazzilərin obyektivinə tuş gəlib. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki,  hazırda sevgilisi "A$AP Rocky" ilə ikinci övladını gözləyən 35 yaşlı Barbados gözəli böyük ölçülü bənövşəyi rəngli kapuşon və xəz palto ilə "evdən-eşiyə" çıxıb.

İlk hamiləliyində Rihanna geyim tərzi ilə hər kəsi təəccübləndirməyi bacarırdı desək heç də yanılmarıq.

Pop ulduz yuvarlaq qarnının ön plana çıxartmaq üçün açıq-saçıq və transparan libaslardan istifadə edirdi. Lakin Rihannanın ikinci hamiləliyində daha qapalı geyimlərə üstünlük verməsi diqqətdən qaçmayıb.

Milli.Az


Etiketlər:  Hamilə Rihanna övladı ilə küçədə belə görüntüləndi FOTO


RƏYLƏR