Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sizi əldən salan qripdən xilas olun

Sizi əldən salan qripdən xilas olun

Tarix: 2 Aprel 2023 16:42

Son günlər insanların çoxu qripdən, öskürəkdən şikayətlənirlər. Bu xəstəliyə nə dərman, nə də mürəbbəli çay kömək etmir. İmmuniteti artırmaq üçün ədviyyatlı çay için. Ədviyyatlar güclü mikrob, virus və iltihab əleyhinə təsirə malikdir.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, soyuqdəymə zamanı ədviyyatlardan istifadə nəfəs yollarını selikdən və mikroblardan təmizləyir, boğaz ağrısını azaldır, xəstənin vəziyyətini yüngülləşdirir, sağalmanı tezləşdirir.

Soyuqdəymə zamanı belə faydalı ədviyyatlı içki hazırlaya bilərsiniz. Kiçik termosa 1/2 ç.q. sarıkök, 1/2 ç.q. darçın, sürtgəcdən keçirilmiş zəncəfil kökü (3-4 sm uzunluqda), üzərinə yarım l isti su tökün, 1 saat termosda dəmləyin. Sonra dəmləməni yaxşı süzün və gün ərzində bir neçə dəfə yarım stəkan olmaqla ilıq halda için. Qəbul etdikdən əvvəl dəmləməyə bal və limon əlavə edin.


Etiketlər:  Sizi əldən salan qripdən xilas olun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ