Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Uşaqlarım məni qısqanır, deyirlər ki, get onlarla otur" - VİDEO

Tarix: 3 Aprel 2023 12:45

"Yarım saat oxumaq 1,5 saat idman zalında məşq etməyə bərabərdir. Ona görə də arıqlamışam. Evdə dörd övlad, Rövşəni (həyat yoldaşı - red.) qatsaq 5 uşaq. Mərkəzdə isə 30 tələbə. Hamısının qayğısını çəkmək adamı fit saxlayır".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "MTV maqazin"ə açıqlamasında deyib. İfaçı tələbələrindən, övladlarının onu qısqanmasından danışıb:

"Uşaqlarım məni tələbələrimə qısqanır. Deyirlər ki, get, tələbələrinlə oturarsan, onlarla görüş, tortu onlarla kəs, restoranda onlarla otur, çayı onlarla iç. Körpədirlər, hələ başa düşmürlər ki, etməliyəm bunu. İstər-istəməz həftədə bir dəfə kiminsə klipi, layihəsi çıxır. Mən orada necə iştirak etməyim? Bir növ özüm ideya müəllifiyəm. İşi mən başlatmışamsa, sona çatdırmalıyam".

Milli.Az


Etiketlər:  Uşaqlarım məni qısqanır deyirlər ki get onlarla otur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ